top of page

Hörmətli  xanımlar və cənablar!

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sergi Kompleksinin rəhbərliyi sizi təmirdən sonra yeni açılmış muzeyimizə dəvət edir.

Siz, muzeyimizin geniş salonlarında nümayiş olunan incəsənət nümunələrinə baxa və ya sifariş edə bilərsiniz.  Muzeydə nümayiş olunan sənət nümunələri (rəngkarlıq, heykəltəraşlıq, qrafika, dizayn, xalça, qobelen, zərgərlik, keramika və digər nümunələr) müəllif işləridir və təkrarı yoxdur.

Muzeydə həmçinin Art Salon da fəaliyyət göstərir. Burada siz  sənət nümunələrinin daha geniş çeşidi ilə tanış ola bilərsiniz. Həmçinin istədiyiniz işi sərfəli qiymətlə əldə edə bilərsiniz.

Muzey 1000 kv metrdən çox sahəyə malikdir və 3 mərtəbədən ibarətdir. Bu da sizin muzeyimizin salonlarında müxtəlif təyinatlı sərgiləri keçirməyinizə imkan yaradır. Sərgilərin təşkilində muzeyin əməkdaşları sizə yardımçı olacaqlar.  

Siz həmçinin Muzey-Sərgi Kompleksinin əməkdaşlarına müxtəlif təyinatlı dizayn işlərinizi də həvalə edə bilərsiniz.

Muzey-Sərgi Kompleksinin iş saatları – 11:00-dan 19:00-a qədər (bazar günlərindən başqa).

Daha ətraflı məlumat üçün  ADRA-Museum-and-Exhibition-Complex facebook ünvanına daxil ola bilərsiniz.

 

Ünvan Heydər Əliyev pros. 24

Əlaqə tel: (012) 566-56-69

 

 

 

ADRA Muzey-Sərgi Kompleksinin  Art Salonu aşağıdakı xidmətləri təklif edir:

  • incəsənət əsərlərinin satışı və sifarişi

  • müxtəlif növ əl işlərinin hazırlanması

  • memarlıq və dizayn işləri

  • heykəltəraşlıq, rəngkarlıq, qrafika

  • dekorativ tətbiqi sənət nümunələri (xalça, qobelen, keramika və s.)

  • bədii zərgərlik işləri

  • portretlərin sifarişi (mərmərdə, gipsdə, daşda, kətanda və digər materiallarda)

  • Azərbaycandan və digər ölkələrdən gətirilmiş müxtəlif növ müəllif işləri 

Drag the Cart button to the  header and link it to your Cart page >>

bottom of page