top of page

ADRA MUZEY-SƏRGİ KOMPLEKSİ 

  Hörmətli xanımlar və cənablar!

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sergi Kompleksinin rəhbərliyi sizi təmirdən sonra yeni açılmış muzeyimizə dəvət edir.Siz, muzeyimizin geniş salonlarında nümayiş olunan incəsənət nümunələrinə baxa və ya sifariş edə bilərsiniz. Muzeydə nümayiş olunan sənət nümunələri (rəngkarlıq, heykəltəraşlıq, qrafika, dizayn, xalça, qobelen, zərgərlik, keramika və digər nümunələr) müəllif işləridir və təkrarı yoxdur.Muzeydə həmçinin Art Salon da fəaliyyət göstərir. Burada siz sənət nümunələrinin daha geniş çeşidi ilə tanış ola bilərsiniz. Həmçinin istədiyiniz işi sərfəli qiymətlə əldə edə bilərsiniz.         Muzey 1000 kv metrdən çox sahəyə malikdir və 3 mərtəbədən ibarətdir. Bu da sizin muzeyimizin salonlarında müxtəlif təyinatlı sərgiləri keçirməyinizə imkan yaradır. Sərgilərin təşkilində muzeyin əməkdaşları sizə yardımçı olacaqlar. Siz həmçinin Muzey-Sərgi Kompleksinin əməkdaşlarına müxtəlif təyinatlı dizayn işlərinizi də həvalə edə bilərsiniz.

  Muzey-Sərgi Kompleksinin iş saatları – 11:00-dan 19:00-a qədər (bazar günlərindən başqa).

 Daha ətraflı məlumat üçün ADRA-Museum-and-Exhibition-Complex facebook ünvanına daxil ola bilərsiniz.

Ünvan Heydər Əliyev pros. 24Əlaqə tel: (012) 566-56-69

Sizinlə əməkdaşlığımıza şad olarıq!Hörmətlə Muzey-Sərgi Kompleksinin rəhbərliyi          

 

TƏŞKİLAT, ŞİRKƏT VƏ FƏRDİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
Təmirdən sonra yeni açılmış Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi müxtəlif sərgilərin keçirilməsi üçün beynəlxalq müasir tələblərə cavab verən sərgi zallarını təqdim edir. 

Kompleksin təcrübəli əməkdaşlarından ibarət kollektiv müştərinin istəyinə görə reklam dəstəyini təşkil edə bilər. 
- Bütün lazımi materialların, etiket, annotasiya, dəvətnamə, afişa, banner və bukletlərin çapı;
- Sənətşünasın ekskursiya və konsultasiyası

Biz həmçinin interyer üzrə dizaynerin, ekspozitor, eksponatların asılması və qablaşdırılması üzrə mütəxəssislərin, incəsənət əsərlərinin realizəsi üzrə menecerin xidmətlərini təklif edə bilərik.

Bundan əlavə Muzey-Sərgi Kompleksinin 3 dildə fəaliyyət göstərənhttp://adramuseum.com/ saytı və ADRA Museum and Exhibition Complex Facebook səhifəsi də sizin xidmətinizdədir.

Ərizə və müraciətlər üçün
adramuseum@gmail.com ünvanına müraciət edə bilərsiniz. 
Əlaqə tel: (012) 566-56-69 saat 10:00-dan 16:00-a qədər

Hörmətlə Azərbaycan Dövlət Rəssamlıq 
Akademiyasının Muzey-Sərgi 
Kompleksinin rəhbərliyi.

 

 

Muzey-Sərgi Kompleksinin  administrasiyası aşağıdakı xidmətləri təklif edir:

- sərgilərin təşkili və keçirilməsi

- təqdimatlar

-konferensiyalar

-banket və furşetlər

- özəl tədbirlər

- konsertlər

-istirahət gecələri

- dəyirmi masalar

- dəvətnamə, açıqça, afişa və banerlərin dizaynı

- keçirilmiş tədbirlərin foto və video hesabatı

 

 

ADRA Muzey-Sərgi Kompleksinin  Art Salonu aşağıdakı xidmətləri təklif edir:

  • incəsənət əsərlərinin satışı və sifarişi

  • müxtəlif növ əl işlərinin hazırlanması

  • memarlıq və dizayn işləri

  • heykəltəraşlıq, rəngkarlıq, qrafika

  • dekorativ tətbiqi sənət nümunələri (xalça, qobelen, keramika və s.)

  • bədii zərgərlik işləri

  • portretlərin sifarişi (mərmərdə, gipsdə, daşda, kətanda və digər materiallarda)

  • Azərbaycandan və digər ölkələrdən gətirilmiş müxtəlif növ müəllif işləri 

 

bottom of page